9 İyul 2015 00:53
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neapol məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə senatorlara rüşvət verilməsi işinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.


APA-nın xəbərinə görə, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.


İstintaq materiallarına əsasən, Silvio Berluskoni 2007-ci ildə senatorların satın alınması yolu ilə sabiq hökumət başçısı Romano Prodinin istefasına nail olmağa cəhd edib.


Bundan əvvəl Neapol prokurorluğu S.Berluskonini korrupsiyada ittiham edərək 5 illik cəzaya məhkum edilməsini istəmişdi.


Müəllif:

Oxşar xəbərlər