16 Avqust 2015 11:38
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan polisi ölkənin hərbi qüvvələrinə hücumlar təşkil etməkdə əli olduğu ehtimal edilən sünni imam həbs edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Şeyx Əhməd Əl-Əssiri şənbə günü Beyrut hava limanında həbs edilib. O, fərqli görünmək üçün əməliyyat olaraq simasını dəyişib və saxta pasportla ölkəni tərk etmək istəyib.

Livan ordusu cənub liman şəhəri Sidonda Əssirinin evinə reyd keçirdikdən sonra o, 2013-cü ildən bəri axtarışda olub.

Əl-Əssir Livanda sünni və şiə məzhəblər arasında gərginliyin artmasında rol oynayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər