21 Sentyabr 2015 11:47
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Qaidə" terror təşkilatının qurucularından biri kimi tanınan 52 yaşlı Əbu Həsən Əl Tunisi Suriya orudusu əsgərləri tərəfindən öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əl Tunisi Suriyanın İdlib şəhəri yaxınlığında Fua və Keferya qəsəbəsi uğrunda gedən döyüşlər zamanı məhv edilib.

"Əl-Qaidə"nin Suriya qolu sayılan "Əl-Nusra" təşkilatı qəsəbəyə girmək üçün 9 intihar hücumu gerçəkləşdirib. Ancaq Suriya ordusu terrorçulara layiqli müqavimət göstərib. Döyüşlər zamanı hər iki tərəf ciddi itkilər verib.

Qeyd edək ki, Əl Tunisi ABŞ tərəfindən axtarılan terrorçular sırasında idi.

Samir


Müəllif:

Oxşar xəbərlər