8 Oktyabr 2015 01:24
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Suriyada hərbi əməliyyatlara dəstək məqsədilə Rusiyaya yardım edəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Tel-Əviv Suriyada fəaliyyət göstərən radikal qruplaşmalar haqqında kəşfiyyat məlumatlarını Rusiyaya ötürəcək.

Kanal 2 TV-nin məlumatına görə, yüksək səviyyəli dövlət rəsmilərindən ibarət Rusiya nümayəndə heyəti dünən İsrail paytaxtına gedib. Rusiya Baş Qərargah rəisinin birinci müavini general Nikolay Boqdanovskinin başçılıq etdiyi heyət İsrail rəsmiləri ilə görüşüb və razılıq əldə olunub.

Kanalın məlumatına görə, bu səfər iki həftə öncə İsrail Baş naziri Binyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra planlaşdırılıb.

İsrailin Suriyada fəaliyyət göstərən terror təşkilatları ilə bağlı səhih məlumatlara malik olduğu deyilir. Bir müddət əvvəl İsrailin Suriyada yaralanan 1600 terrorçunu müalicə etməsi ilə bağlı xəbərlər yayılmışdı. 10 iyun 2014-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının hesabatında Qolan təpələrində yerləşən İsrail qüvvələri ilə silahlı təşkilatlar arasında əlaqənin yarandığı bildirilib.


Müəllif:

Oxşar xəbərlər