ABŞ-ın Kaliforniya ştatında azyaşlı uşağa təcavüz edən şəxsə ömürlük həbs cəzası verilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, dostunun evində qalan Şon Mkkormak onun uşağına təcavüz edib. O, evdəkilərin yatmağından istifadə edərək uşağı qaçırıb. Furqonunda və moteldə uşağa təcavüz edən Mkkormak ailə oyanmadan onu evə gətirib.
Çəkdiyi porno görüntüləri internetdə paylaşan Mkkormakı polis həbs edib.
Polis Mkkormakın daha əvvəl də başqa bir uşağa təcavüz etdiyini və görüntüləri internetdə yaydığını aşkar edib.
4 uşağa təcavüz etməkdə və 2 uşaq qaçırmaqda günahkar bilinən Şon Mkkormaka ömürlük həbs cəzası verilib.
Rüstəm