27 Oktyabr 2015 14:49
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti ABŞ-ın Cənubi Çin dənizində etdiyi manevrlərlə bağlı Vaşinqtona xəbərdarlıq edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin xarici işlər naziri Vanq Yi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın Cənubi Çin dənizində Çinə məxsus adalardan 12 dəniz mili uzaqlığındakı məsafəyə döyüş gəmisi göndərmək niyyətində olması Pekin hökumətini narahat edir. Yi bildirib ki, bununla ABŞ yersiz problemlər yarada bilər.

XİN rəhbəri ABŞ-ı bu məsələ ətrafında ciddi düşünməyə çağırıb.

Qeyd edək ki, Pekin rəhbərliyi Cənubi Çin dənizində gəmiləri üçün yeni bir mərkəz və təyyarə meydanı quracağını açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər