2 Noyabr 2015 16:09
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Ural Airlines" hava şirkəti Sina yarımadası üzərindən uçuşları dayandırdığını elan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı şirkətin mətbuat xidməti məlumat verib. Məlumatlara görə, uçuşlar Sina üzərindən deyil, digər istiqamətlərdən həyata keçiriləcək.

Eyni addımı Fransanın "Air France" şirkəti də atıb. Şirkətdən bildirilir ki, uçuşların təhlükəsizliyi tam təmin edildikdən sonra reyslər həyata keçiriləcək.

Qeyd edək ki, Rusiyanın A321 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər həyatını itirib.

Samir


Müəllif: