8 Noyabr 2015 13:58
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyalı müxaliflərdən ibarət nümayəndə heyəti Misir Xarici İşlər naziri Semih Şükri ilə görüşüb.


Axar xəbər verir ki, Misirin paytaxtı Qahirədə baş tutan görüşdə Suriya böhranı və Vyana toplantısı ilə bağlı müzakirələr aparılıb.

Danışıqlar zamanı nazir Şükri müxalifəti təmsil edən Heysam Mennaya Vyana görüşünün Suriyanın taleyi ilə bağlı müsbət nəticə vermədiyini bildirib.

Qeyd edək ki, 23 oktyabrda Avstriyanın paytaxtı Vyanada baş tutan görüşdə Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Rusiya da daxil olmaqla, 17 ölkənin liderləri iştirak etmişdi. Lakin Suriyadakı böhranla bağlı yekun nəticə əldə olunmamışdı.


Müəllif: