17 Noyabr 2015 15:39
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hava qüvvələri Suriyada İŞİD terror təşkilatının mövqelərinə yeni hava zərbələri endirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin nümayəndəsi terrorçuların "paytaxtı" sayılan Raqqa şəhərinə hava həmlələrinin həyata keçirildiyini deyib.

Açıqlamaya əsasən, hücum nəticəsində İŞİD-in komandanlıq məntəqəsi və təlim mərkəzi məhv edilib.

Qeyd edək ki, ötən cümə günü İŞİD terrorçularının Parisdə həyata keçirdiyi silsilə hücumlar zamanı 132 nəfər ölüb, 350-dən artıq adam xəsarət alıb.

Samir


Müəllif: