19 Noyabr 2015 19:54
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmilər deyir ki, kişi çərşənbə günü əsgərlərə lotoreya dükanında hücum edib. Daha sonra o, şəhər avtobusunda sürücünü və iki sərnişini öldürüb. Kişi özünü polis onun evinin ətrafını mühasirəyə aldıqdan sonra partladıb.

Baş Nazir Denis Zvizdic fövqəladə iclas çağıraraq bu hücumların əslində "ölkəyə təhdid" olduğunu deyib. Lakin o, Enes Omeragic adlı kişinin cihadçı qiyamçı olduğunu iddia etməyib.

Halbuki başqa rəsmilər mediaya deyib ki, hücumçunun radikal islamçı hərəkatla əlaqəsi olub.
Prokurorluğun sözçüsü Boris Grubesic Associated Press agentliyinə deyib ki, hücum "terror aktı" kimi araşdırılır.

Apreldə başqa bir silahlı ölkənin şərqində yerləşən Zvornik şəhərində polis stansiyasına hücum edərək müfəttişi öldürüb, daha sonra o, vurulub.


Müəllif: