Son iki həftədə Hindistanın cənubunda yerləşən Tamiland ştatında daşqınlar nəticəsində ölənlərin sayı 269-a çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Hindistanın daxili işlər naziri Racnatx Sinqx məlumat verib..
Onun sözlərinə görə, ölkənin ən böyük hava limanı sayılan Çennai aeroportunun işi dayandırılıb. Ümumilikdə 250 mindən çox insan təbii fəlakətdən əziyyət çəkib.
Uzun müddətdir davam edən leysan yağışlar çayların səviyyəsinin görünməmiş həddə yüksəlməsinə səbəb olub. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib.
Samir