21 Dekabr 2015 08:29
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə atəşkəs rejimi bir həftə uzadılacaq.

"Report"un məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Əbdül Malik əl-Məxaləfi xəbər verib.

"Yəmən prezidenti (Əbd Rabbo Mansur Hadi) mənə BMT-ni barışığın yeddi gün uzadılması barədə məlumatlandırmağı göstəriş verib", - deyə nazir bildirib.

Lakin Əl-Məxaləfi, yeni müddətin hansı vaxtdan, bu gündən yoxsa cari ilin 22 dekabr tarixindən, yəni ötən həftənin çərşənbə axşamı elan olunan atəşkəsin bitəcəyi vaxtdan hesablanacağını dəqiqləşdirməyib.


Müəllif:

Oxşar xəbərlər