Bu il dəniz və quru yolu ilə Avropaya keçən miqrantların sayı 1 milyonu keçib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilki rəqəmlərlə müqayisədə 4 dəfə çoxdur: "Təkcə, Türkiyədən Yunanısytana 800 mindən artıq insan gəlib. Onlardan çoxu Suriya, İraq və Əfqanıstan sakinləridir".
Təşkilatın məlumatında qeyd edilib ki, il ərzində 3965 miqrant boğularaq ölüb və ya itkin düşüb.
Samir