Ukrayna İsrail vəTürkiyə ilə azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparır.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukraynanın Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Nataliya Mikolskaya verib.
Onun sözlərinə görə, artıq ikitərəfli görüşlərə start verilib:
“Biz İsrail və Türkiyə nümayəndə heyətləri ilə səmərəli ticarət münasibətlərinin yaradılması haqda müzakirələr aparmışıq. Adı çəkilən dövlətlərlə azad ticarət zonasının yaradılması Ukraynaya böyük fayda verəcək”.