“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələn kimi Ankaranın öz ənənəvi Qərb müttəfiqləri ilə əlaqələri zəiflətməyə çalışdı, ancaq bu siyasət uğursuz oldu, çünki hazırda məhz ABŞ və Avropa Türkiyəni müdafiə etməyə hazırdır”. Musavat.com-un məlumatına görə, bu barədə “Wall Street Journal” nəşrinin analitik məqaləsində deyilir.
“Baş nazir Əhməd Davudoğlu da hesab edirdi ki, Qərblə münasibətlərin soyuması və Rusiya, İran kimi ölkələrlə sıx əlaqələrin qurulması Türkiyəyə imkan verəcək ki, Yaxın Şərqdə Ankaranın nüfuz və hörmətini gücləndirsin. Bunun əvəzinə Türkiyənin əsas qonşuları – İraq, İran, Suriya və Rusiya Ankaraya qarşı birləşdi, ABŞ isə Türkiyənin əsas müttəfiqi kimi qaldı”” – nəşr yazıb.
Məqalə müəlliflərinə görə, ölkə artıq köhnə müttəfiqlərinin yanına qayıtmağa və Vaşinqtonla əməkdaşlığa istiqamətlənməyə məcburdur.
Musavat.com