3 Fevral 2016 12:56
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putin Almaniyaya qarşı informasiya müharibəsinə başlayıb".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib:

"Bu, Rusiyanın hibrid müharibəsidir. Biz buna qarşı birgə mübarizə aparmalıyıq, həqiqət bizim tərəfimizdədir. Hesab edirəm ki, Avropada rusdilli telekanalın açılması düzgün addımdır. Çünki indi Avropadakı rusdilli telekanallardan yalnız Rusiya hakimiyyətinin fikir və rəylərini öyrənmək olur".

Poroşenko əlavə edib ki, Avropa Putinin fikirlərinin qurbanı olmamalıdır: "Putin fikirləşir ki, onsuz Suriya böhranının nizamlanması qeyri-mümkündür. Bu fikirə aldanmayın. Bu şantajdır. Düşünürəm ki, hər kəs Ukraynanın şərqindəki vəziyyətə diqqət yetirməlidir. Rusiyaya qarşı sanksiyalar ləğv edilməməlidir. Dünyada baş verənlər birbaşa və ya dolayısı ilə Rusiyanın aqreыsiyasına bağlıdır. Rusiyanın əsas məqsədi Avropanı parçalamaqdır. Biz buna imkan verməməliyik".

Ukrayna prezidenti bildirib ki, hazırda Rusiya ilə açıq müharibə təhlükəsi ötən il ilə müqayisədə daha çoxdur: "Rusiya Minsk öhdəliklərinin heç bir şərtinə əməl etməyib. Əksinə biz Donbasda 8 min rus hərbçisini görürük".

Samir


Müəllif:

Oxşar xəbərlər