"Rusiyanın Suriyaya müdaxiləsi Əsəd rejimini gücləndirib və sosial böhranı daha da dərinləşdirib ".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfrasında deyib. Onun sözlərinə görə, atəşin dayandırılması Əsəd rejimi və Rusiyadan asılıdır:
"Suriyada tək daxili müharibə deyil, dərin məzhəbi və siyasi qarşıdurmalar yaşanır. Belə vəziyyətdə atəşin dayandırılması asan olmayacaq. Bu məsələ üzərində diplomatik səylərimizi artırmalıyıq. İŞİD-i məğlub etməyin əsas yolu Suriyadakı xaosu bitirməkdir. Ən yaxşı vəziyyətdə belə biz zorakılığın dərhal bitəcəyinə inanmırıq. Ancaq tərəflər aviazərbələr də daxil olmaqla, bütün hücumlardan yayınmalıdır. Bu razılaşma müzakirə tərəflərinin səmimi olub-olmadığını göstərəcək".
Obama Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinin dəyişmədiyini deyib: "Suriyanın gələcəyində Əsədin yeri yoxdur. Bu gün bir çox suriyalı Əsədin istefasının tərəfdarıdır".
ABŞ prezidenti İŞİD-ə qarşı aparılan əməliyyatları da qiymətləndirib: "İŞİD-ə qarşı mübarizə yeni mərhələyə keçib. Terrorçular Rakkaya doğru sıxışdırılır. İŞİD-in nəzarətində olan neft quyuları və tankerlər bombalanır. Bununla təşkilatın gəlirləri azalıb. Suriya və İraqdan başqa ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD-in Liviyadakı mövqelərinə də aviazərbələr endirir".
Samir