8 Mart 2016 20:36
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran, bu hərəkətlərin yolverilməzliyini israr edən Washington-un təzyiqinə baxmayaraq, ballistik raketlərin sınağını keçirib.

Raketlər ölkənin müxtəlif bölgələrində yerləşən yeraltı buraxılış qurğularından atılıb.

Silahlı qüvvələrin rəsmi bəyanatında deyilir ki, sınaqların məqsədi istənilən təhlükəni dəf etmək qabiliyyətini nümayiş etdirməkdir.

Yanvarda ABŞ, 2015-ci ilin payızında ballistik raketlərin sınaqdan keçirilməsinə cavab olaraq, İran şirkətləri və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Yeni sanksiyalar 11 şirkətin və İran raket proqramına aidiyyəti olan vətəndaşların Amerika bank sistemindən istifadə etməsinə qadağa qoyub.
Lakin İran raket sınaqlarının onun nüvə proqramı ilə heç bir əlaqəsi olmadığını bildirir.

“Ballistik raketlər təhqiqatı proqramı heç vaxt nüvə silahı daşımaq vasitələri hazırlamaq üçün nəzərdə tutulmayıb”, - İran XİN nümayəndəsi Hüseyn Caber yerli İSNA xəbər agentliyinə müsahibəsində deyib.


Müəllif:

Oxşar xəbərlər