9 Mart 2016 20:52
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis yazıçı, aktyor və stendap-komik Riçard Herrinq Beynəlxalq kişlər gününün olmamasından şikayətlənib.

Herrinqin Twitter hesabında yazdığına görə, o, belə bir bayramı hər il noyabrın 19-da qeyd edir. Komikin sözlərinə görə, onun missiyası seksizmə görə kişilər gününün olmadığını hesab edən dünyada bir insanın qalmasına qədər yerinə yetirilməmiş hesab olunacaq. 8 mart ərzində o, Beynəlxalq kişilər gününün olması barədə izahlarının yer aldığı 500-dən çox tvit yazıb.

Qeyd edək ki, Beynəlxalq kişilər günü (19 noyabr) ilk dəfə olaraq 1999-cu ildə Karib dənizində yerləşən ada dövləti Trinidad və Tobaqoda qeyd edilib. Daha sonra bu bayramı Avstraliyada, Şimali Amerika ölkələrində, Asiya və Avropada qeyd etməyə başlayıblar. İdeya BMT və YUNESKO tərəfindən dəstək alıb. Beynəlxalq kişilər gününün təsis olunmasının məqsədi gender diskriminasiyasına diqqət cəlb etməkdir.


Müəllif:

Oxşar xəbərlər