Hizbullah terror təşkilatı İraqa əsgər göndərəcəyini bəyan edən ABŞ hədələyib. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq hakimiyyətilə birlikdə bu ölkədə hərbi əməliyyatlar aparacaqlarını bəyan edib.
Bu qərar Hizbulları narahat edib. "İŞİD ABŞ-ın ögey qardaşıdır, son nəfəsini almaqdadır. Amerikalılar klinik ölüm keçirən qardaşlarını qoruma üçün İraqa əsgər göndərirlər" deyə Hizbullah bəyan edib.
Qeyd olunur ki, İraqa girəcəkləri təqdində Amerika ordusunu Hizbullahın ağır zərbələri gözləyir.
Ayxan