Bu gün İranda “8 mart” bayramıdır. Teleqraf.com-un məlumatına görə, İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymanı bu mövzu barədə özünün Feysbuk səhifəsində məlumat paylaşıb.
Sabiq diplomat “Ana dilini qorumaq və inkişaf etdirməklə analara hörmət edək” başlıqlı yazısında qeyd edib ki, İslam peyğəmbərinin qızı, müsəlman qadınlarına nümunə olan Fatimə Zəhranın doğum günü həm də İranda qadın və ana günü kimi qeyd edilir.
O, bu münasibətlə xanımları təbrik etdiyini yazıb.
Xatırladaq ki, bu Novruz Bayramında İranda 1395-ci il başlayıb. Yeni ilin ilk ayında İran qadınlar və ana dili gününü qeyd edir.
Nemət