Moskva ilə İrəvan arasında imzalanmış Ermənistan ordusunun silahlanması ilə bağlı 200 milyon dollar dəyərində razılaşmanın icrasına başlanılıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, müvafiq razılaşma Ermənistan Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Sənədə əsasən, erməni tərəfi bu sazişdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməyi Maliyyə Nazirliyinə tapşırıb. Bundan başqa, Ermənistan Müdafiə Nazirliyi ölkədəki silah və hərbi texnikanın ümumi siyasını tərtib etməli, rusiyalı həmkarları ilə danışıqlar aparmalı və onlarla hərbi təyinatlı məhsullarla təmin olunma barədə müqavilə imzalamalıdır.
Ermənistan Maliyyə Nazirliyi Rusiyanın "Vneşekonombank"la razılaşmada göstərilmiş məbləğin ödənilməsi ilə bağlı texniki məsələləri həll etməlidir.
Qeyd edək ki, müvafiq razılaşma ötən il iyulun 26-da imzalanıb. Razılaşmaya görə, Ermənsitan göstərilmiş məbləği 2018-ci ilin əvvəlinə qədər ödəməlidir.
Samir