25 Aprel 2016 14:53
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya müxalifəti BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirmir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu məsələdə suriyalı müxaliflərə Türkiyə dəstək verir: "Bu hər kəsə məlumdur. Türkiyə bu qrupa həlledici təsir göstərir. Danışıqlara bu cür ultimatumlarla gəlmək lazım deyil. Lazım olan gəlmək və masa ətrafına əyləşməkdir".

Lavrov Suriyakı tərəfləri yaxın 5 ay ərzində yeni konstitusiya hazırlamağa çağırıb: "Biz hamımız istərdik ki, növbəti yarım ildə yeni konstitusiya hazırlansın və referendumda qəbul edilsin".

Qeyd edək ki, Suriyanın baş naziri Vail əl-Xalki bildirib ki, Dəməşq yeni hökumətin formalaşmasından sonra konstitusiya ilə bağlı referendum keçirmək niyyətindədir.

Samir


Müəllif:

Oxşar xəbərlər