18 İyun 2014 14:04
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubanda 66 yaşlı süpürgəçi banka girərək, döşəmə silən taxta vasitəsilə bankı yarıb.

Teleqraf.com-un xəbərinə görə, Krasnodar bölgəsi Novorossiysk şəhərində polislər yaşlı qadını saxlayıblar. Qadın maliyyə idarəsindən pul oğurlamaqda ittiham olunur.

Yerli DİN idarəsindən verilən məlumata görə, qadın bankda xadimə kimi çalışıb. Oğurluqbaş verən gün o, döşəmə silən taxta vasitəsilə təhlükəsizlik sistemini qismən söndürərək, seyfdən 250 min rubl götürüb.
Qadın qeydiyyatda olduğu və yaşadığı ünvanda saxlanılıb.

Dindirilmə zamanı, 66 yaşlı qadın etiraf edib ki, pulları kreditini qapamaq üçün oğurlayıb.

Müstəntiqlərin sözlərinə görə, saxlanılan qadın bankda xadimə işləyib. Qadın hər gün bankın bütün otaqlarını təmizləməklə məşğul olub. Təmizlik işləri apararkən, qadın pul kameralarının birinin açıq olduğunu görüb. Kamerada 50, 100, 500 və 1000 rublluq pul əsginasları olub.

Qadın otaqda nəzarət kamerasının olduğundan xəbərdar olub. O, otağa daxil olaraq, çəkiliş kamerasının kabellərini döşəmə silən taxta vasitəsi ilə sıradan çıxarıb və pulları götürərək, zibil paketində gizlədib. Bir müddət sonra bank əməkdaşları pulların yerində olmadığını görüb, polis çağırıblar.

Istintaq zamanı müstəntiqlər digər işləyən kameraların çəkilişlərində xadimənin pul saxlanılan otağa keçdiyini görüblər.

Barmaq və ayaqqabı izləri də məhz qadının oğurluq etdiyinə dəlalət edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Ülviyyə


Müəllif: