5 May 2016 11:37
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Harem avtovağzalında saxta türk pasportu ilə həbs edilən şəxsin PKK terror təşkilatının üzvü olduğu dəqiqləşib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxs Diyarbəkir-Silvanda xüsusi təyinatlı dəstənin rəhbəri Əhməd Kabukçu, habelə iki polisin şəhid olduğu və iki polis əməkdaşının yaralandığı partlayışda istifadə edilən bombanı düzəldən şəxs olduğu ortaya çıxıb.

Dünən axşam Diyarbəkirdən İstanbulun Harem Avtivağzalına gələn avtobusda saxlanılanlardan bəziləri həmin terrorçunun Diyar Doğanay adlı saxta kimlikdən istifadə edən Y.A olduğunu qeyd edib. İstanbulun Terrorla Mübarizə İdarəsi saxta kimlikdən istifadə edən şəxsin PKK-nın partlayıcı qurğular düzəldən mütəxəssislərindən biri olduğunu müəyyən edib.

Saxlanılan terrorçu İstanbulun Vətən küçəsində yerləşən xüsusi xidmət idarəsinə gətirilib. Araşdırma zamanı müəyyən edilib ki, terrorçu daha 11 cinayət işi ilə əlaqədar axtarışdadır.


Terrorçudan alınan barmaq izindən sonra onun 2015-ci ilin dekabrında Diyarbəkirin Silvan qəsəbəsinin Oğuzalp kəndi yaxınlığında yola döşənən partlayıcı maddələri düzəldən şəxs olduğu da müəyyən edilib. Şübhəli şəxsin eyni zamanda Diyarbəkrin Sur qəsəbəsində bomba üçün ləvazimatlar hazırladığı da müəyyən edilib. Onun İstanbula partlayış törətmək üçün gəldiyi iddiası ortaya çıxıb.

Cavad


Müəllif: