8 May 2016 00:38
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

On minlərlə insan Polşanın paytaxtı Varşava küçələrinə çıxaraq hökümətə qarşı mitinq keçirir. ANS PRESS-in məlumatına görə, etirazçılar ölkə rəhbərliyinin Avropa demokratik dəyərlərindən uzaqlaşmasından narazıdırlar.

Polis aksiya iştirakçılarının sayının 45 min nəfər təşkil etdiyini bildirsədə, mitinq təşkilatçıları bu rəqəmin 250 minə yaxın olduğunu iddia edirlər. Mitinq iştirakçıları hakim "Haqq və ədalət" konservativ partiyasının siyasətinə qarşı etiraz ediblər.

Daha əvvəl partiya həmçinin Avropa Komissiyasının tənqidinə tuş gəlib. Buna səbəb hakimiyyətin xüsusi xidmət və media bazarını tənzimləyən qanunvericiliyə dəyişiklik etməsi və məhkəmə islahatlarının aparılması olub. Ən böyük rezonansa səbəb isə Konstitusiya məhkəməsinin fəaliyyətini ciddi şəkildə dəyişən ölkənin məhkəmə strukturunda aparılan islahatlar olub. Polşa hakimiyyəti bu islahatları ötən ilin dekabrında təsdiq edib.

Artıq qərarın verilməsi üçün onun leyhinə Konstitusiya məhkəməsinin hakimlərin 2/3 hissəsi səs verməlidir. Parlament hakimləri kənarlaşdırmaq hüququnu əldə etdiyi bir zamanda, məhkəmə öz vəzifələrini yerinə yetirə biməyən ölkə prezidenti kənarlaşdırmaq hüququndan məhrum olub.

Martın ortalarında Avropa Şurası bəyan edib ki, bu islahat Konstitusiya məhkəməsində şikayətlərə baxılma və qərar çıxarılma müddətini uzadacaq.

Avropa Komissiyası isə bu islahatın qanunun aliliyi prinsipini pozub-pozmadığını yoxlamağa dair qərar verib.


Müəllif:

Oxşar xəbərlər