ABŞ-da Fətullah Gülənə bağlı olan "Paralel Yapı"ya aid "Harmony" məktəbləri haqqında Texas Təhsil Agentliyinə şikayət edilib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Amsterdam&Partners LLP hüquq firmasının yetkilisi Robert Amsterdam tərəfindən edilən şikayətdə qeyd olunur ki, "Harmony"nin əldə etdiyi haqsız gəlirlər ABŞ, Türkiyə və başqa ölkələrdəki siyasi nüfuzunu genişləndirmək istəyən Gülen camaatına xərclənir.
İctimai fondları mənfi istiqamətlərə yönəltmək, diskriminasiya və şəxsi maraqları üçün iş qurmaq ittihamları ilə Texas Təhsil Agentliyinə müraciət edən agentlik qeyd edib ki, Texasın 7 bölgəsində 46 məktəbi olan "Harmony" şirkəti ildə 250 milyon manat dövlətdən maliyyə alır.
"Harmony" şirkəti türk uşaqlara daha çox yer verir. Digər millətdən olan şagirdlərə aşağı səviyyəli təhsil verir. Həmçinin təhsil ocaqları "Paralel Yapı"ya aid şirkətlərlə alış-veriş edir", deyə iddiada qeyd olunur.
Robert Amsterdamın şikayətindən sonra Texas Təhsil Agentliyi "Harmony" məktəblərilə bağlı araşdırmalara başlayıb.
Ayxan