Türkiyədə terror hadisəsi baş verib.
Bu haqda "Anadolu" agentliyi xəbər yayıb.
Mardin vilayətində jandarm postunun yaxınlığındakı avtiomobildə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir.
Qeyd edək ki, Mardin vilayətində PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.