3 İyun 2016 14:27
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və ABŞ arasında Kiyevə milyard dollarlıq 3-cü kredit zəmanəti tranşının verilməsi ilə bağlı razılaşma imzalanıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmanı Ukrayna tərəfindən maliyyə naziri Aleksandr Danilyuk, ABŞ-dan isə səfir Ceffri Payet imzalayıb: "Göstərilən məbləğ dövlət büdcəsinin ümumi fonduna daxil olacaq. Bu maliyyə iqtisadi faktlarlardan əziyyət çəkən ukraynalılara yardım məqsədilə istifadə ediləcək".

Qeyd edək ki, bu razılaşmadan əvvəl Ukrayna artıq iki dəfə - 2014 və 2015-ci illərdə milyard dollarlıq yardım alıb. Kiyev və Vaşinqton arasında üçünçü yardım paketi ilə bağlı bir neçə aydır müzakirələr gedir. Aprelin ortalarında Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Barak Obama və vitse-prezident Cozef Baydenlə bu məsələni müzakirə edib.

Samir


Müəllif:

Oxşar xəbərlər