20 İyun 2014 16:58
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksandr Turçinov: “Şərq sərhədlərinin qapanması əməliyyatı, faktiki olaraq, başa çatıb”

Ukrayna Ali Radasının sədri Ali Radasının sədri Aleksandr Turçinov bu gün bildirib ki, Ukrayna silahlı qüvvələrinin bölmələri artıq şərq sərhədini tam əhatə edərək, İzvarino yaşayış məntəqəsinə çatıblar.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bununla da sərhədlərin qapanması əməliyyatı, faktiki olaraq, başa çatıb.

Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Mixail Koval bir qədər əvvəl bildirmişdi ki, Rusiya ilə sərhəddə bufer zona yaradılacaq. O zaman bəzi sərhəd-keçid məntəqələrinə qiyamçıların nəzarət etdiyi bildirilirdi. Sərhədin faktiki qapanması isə o deməkdir ki, Ukrayna hərbçiləri şərq sərhədlərinə nəzarəti tam ələ ala biliblər.

Nail Cəlil


Müəllif: