Bu barədə Teleqraf.com-a modelyerin özü məlumat verib.
Onun sözlərinə görə, həmin elmi-metodiki vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri barədə önəmli məlumatların yer alır.
Kitabda görkəmli xalq sənətkarlarının və müasir rəssamların, həmçinin modelyerlərin bu sahədəki fəaliyyət istiqamətlərindən danışılır.
Gülnarə Xəlilova bildirib ki, kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub.
Bu, tanınmış modelyerin sayca üçüncü kitabıdır.