19 Oktyabr 2020 16:13
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi humanitar atəşkəsdən yararlanaraq öz qoşunlarını yenidən toplamaq və işğal edilmiş əraziləri təkrar işğal etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar atəşkəs razılaşmasından sonra, oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Ermənistanın hücum cəhdləri olduqca çox olub: “Onlar təkrarən işğaldan azad edilən ərazilərimizi işğal etmək istəyib. Bunun üçün raketlərdən, ağır artilleriyadan və aviasiyadan istifadə ediblər. Lakin Azərbaycan ordusu bu cəhdlərin qarşısını aldı və düşmənin SU-25 təyyarəsini məhv etdi. Hazırda bütün cəbhəboyu Ordumuzun nəzarəti altındadır. Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur. Azərbaycanın əks-hücumları zamanı məhv edilən erməni hərbi texnikalarının sayı düşmənin işğal olunmuş ərazilərində hansı dərəcədə hərbləşməsini göstərdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər