19 Oktyabr 2020 17:53
4 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti ona müraciət edən partiyaların təklifi ilə tanışdır. Lazım gələrsə, partiyaların təklifi ilə bağlı açıqlama veriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan deyib.

Qeyd edək ki, erməni parlamentindən kənarda qalan 16 partiya xüsusi əhəmiyyətə malik qərargahın yaradılması, bu quruma geniş səlahiyyətlər verilməsi, habelə siyasi təcrübəsi olan keçmiş ölkə prezidentlərinin bu qərargaha daxil edilməsini təklif etmişdi.

Görünən budur ki, Paşinyan hökuməti ona müxalif olan qüvvələrlə hələlik hesablaşmaq, onlarla hər hansı bir dialoqa girmək və beləcə Rusiya ssenarisinə yaşıl işıq yandırmaq niyyətində deyil. Amma hadisələrin gedişi erməni hökumətinin mövqeyində dəyişiklik yarada bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər