22 Oktyabr 2020 13:33
2 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyənin İzmir şəhərindəyəm. Cəbhədən gələn xəbərləri insanların necə böyük sevinclə qarşılaşmasının şahidiyik. Türk insanı bizdən də çox sevinir və bu həssas dönəmdə bizim yanımızda olduqlarını meydanlarda bəyan edirlər. Pandemiya ilə bağlı qadağalara baxmayaraq demək olar ki, şəhərin müxtəlif səmtlərində belə dəstək mitinqləri təşkil olunur və mən də bu mitinqlərdə fikirlərimi bildirirəm.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı deyib.

Erməni mətbuatındakı vəziyyətdən danışan professorun sözlərinə görə, Ermənistan üzvlərinə tapşırıq verilib ki, yalnız rəsmi məlumatları yayılsın:

"Əlbəttə, indiki halda Ermənistandakı ab-havanın bilmək bizim üçün vacibdir. Qeyri-rəsmi mətbuat orqanlarında ilk dövrlərdən fərqli olaraq gerçək xəbərlər yazmağa məcbur qalıblar. Ermənistan cəmiyyəti həddən artıq şovinistləşmiş cəmiyyət olduğundan ilk dövrlərdə Azərbaycanın lehinə və ya orta mövqe sərgiləyənlər ortada yox idi.

Amma indi Paşinyanın ağılsız siyasət yürütdüyü, erməni xalqını ağır duruma gətirdiyini söyləyənlər var. Onu istefaya səsləyənlərin sayı artmaqdadır, keçmiş hərbçilərə, generallara müraciət olunsa da onlar orduya gəlməkdən imtina edirlər.

Durumu belə qiymətləndirmək olar ki, Ermənistan məğlub durumdadır. Məğlubiyyətini isə etiraf etmək cəsarəti yoxdur. Beynəlxalq birliyin köməyinə, diasporanın yardımına güvənərək savaşda üstünlük əldə etmək istəyəcək. Azərbaycan buna imkan verməməlidir. Bizim başımızı atəşkəs,danışıqlar və başqa işlərlə qarışdırıb beynəlxalq oyunçuları dövrəyə soxmaq istəyəcək. Bunlara yol vermək olmaz.

Artıq Dağlıq Qarabağda status-kvo yoxdur, təmas xətti Ermənistan sərhədlərinə çəkilməkdədir. Danışıqlar yalnız işğalçı ordu torpaqlarımızdan çıxarılandan sonra baş tuta bilər. Həmin danışıqlarda masada artıq rəhbəri olduğum İrəvan Türk Cümhuriyyəti də olmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər