24 Oktyabr 2020 21:22
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb. 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub. Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 milyon əhalisi olan Ermənistanda son 5 gündə 2000-lər civarında yoluxma halının olması maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bəzi mənbələrdə qeyd olunur ki, Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itkilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir:

"Ermənistanda rüşvətlə, ya tanışlıqla COVID-19 testini "pozitiv" yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər. Testi "pozitiv" çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi "pozitiv" çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər. Doğru edirlər, zatən artıq hər şey bitib, tam qələbəyə az qalıb! Allah əsgərimizi və ordumuzu qorusun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər