28 Oktyabr 2020 13:19
2 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ədliyyə nazirinin müavini Vaqe Danielyan vəzifəsindən azad edilib.

Teleqraf.com erməni KİV-lərinə istinadən xəbər verir ki, nazir müavininin işdən çıxarılmasının səbəbləri bəlli deyil.
İddia odur ki, Vaqe Danielyan könüllü hərbi xidmətə çağırıldığı üçün postu ilə vidalaşıb.

Ancaq məntiq və reallıq bu səbəbi tamamilə təkzib edir. Görünən odur ki, fərariliyin artdığı, insanların Azərbaycanın qanuni torpaqlarında ordumuza qarşı müharibəyə qatılmamaq istəyi erməni hökumətini belə addımlar atmağa vadar edir.


Müəllif: Cavad

Oxşar xəbərlər