Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib. Bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.
Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar) kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər. Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbə qeyd edir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.
Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır. Bu, dəfələrlə elan edilib.
Əlavə məlumat veriləcək.
/Musavat.com/