Ermənistanda koronavirusa yoluxanların sayı 93448 nəfərə çatıb.
Teleqraf.com-un erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1194 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb, 28 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1391 nəfər koronavirusdan ölüb, 35215 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.