5 Noyabr 2020 13:42
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər bu dəfə də Almaniya siyasətini sərt tənqid etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda İrəvandakı Almaniya səfirliyinin inzibati binası qarşısında özlərini Qarabağ “qaçqın”ı kimi təqdim edən bir qrup qadın və uşaq etiraz aksiyası keçirir.

Uzun illər başqasının torpağında “dədə malı” kimi yaşayan erməni qadınlar Almaniyadan ədalət gözlədiklərini bəyan ediblər.

Onlar tələb edirlər ki, şəxsən səfirin özü onların qarşısına çıxsın, tələblərini qəbul etsin.

Etirazçılar iddia edirlər ki, Almaniya Avropa Birliyinin və NATO-nun üzvü kimi onların üzləşdiyi “müsibətlə” tanış olmalıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər