11 Noyabr 2020 11:43
6 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, tariximizin ən biabırçı və ağrılı səhifələrindən biridir. Bunun yeganə günahkarı bu gün Ermənistanda hakimiyyətdə olan bir qrup xaindir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, general Artur Vanetsyan deyib.

“Son 2 il yarımdır xarici qüvvələrin təsiri altında bu biabırçı bəyanatın imzalanması ilə başa çatan bir proqram həyata keçirdilər. Son anadək dövlət təbliğat maşını hamımızı aldadıb qələbə qazandığımızı söylədi. Həqiqəti təqdim etməyə çalışan insanlar dərhal “xain” adlandırıldı”, - general bildirib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin əksəriyyəti inqilaba inandığından, “yeni Ermənistan” qurulacağına ümid edirdi:

“Hamı aldadılır. Nikol Paşinyan xroniki bir yalançıdır, hər zaman hər cür xəyanəti edir və sonra yalanı sübut olunanda bəhanə gətirməyə başlayır. Əvvəlcə bu təhlükəli hadisələrin qarşısını alacağımı ümid edirdim, amma olmadı. Daha sonra istefa ərizəmi təqdim etdim və Nikol Paşinyanı durdurmağı tələb etdim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər