18 Noyabr 2020 11:30
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin deyir ki, biz Şuşanı Nikol Paşinyana görə itirmişik, ancaq o, satqın deyil. Bu o deməkdir ki, Nikol Paşinyan və ailəsinə təhlükəsizlik qarantiyası veriləcək, onlar Yanukoviçlə qonşu olub yaşayacaqlar.

Teleqraf.com xəbər verir ki, erməni politoloq Stepan Danielyan Vladimir Putinin son açıqlamalarını şərh edərkən belə deyib.

Politoloq Putinin Nikol Paşinyanın bir müddətdən sonra hakimiyyətdən getməli olduğuna dair açıqlamasına da diqqət çəkib: “Bu halda Nikolun komandası və onların ukratorları ilə problem necə olacaq?”

Stepan Danielyan hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı məsələnin gələcəyi daha çox növbəti hakimiyyətdən asılı olacaq.

Politoloqa görə, Putin həm də demək istəyir ki, inqilabdan heç kim bəhrələnmədi, odur ki, yeni inqilablardan kənar olun.


Müəllif: Cavad

Oxşar xəbərlər