8 Dekabr 2020 13:54
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Paşinyana qarşı aksiyalar başladı, ölkədə vətəndaş itaətsizliyi elan olundu.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyasının liderlərindən İşxan Saqhatelyan bəyan edib.

O, elan edib ki, saat 17:00-a qədər Ermənistan vətəndaşları müki itaətsizlik hərəkətləri etmək hüququna malikdir.

“Hər kəsi qanun çərçivəsində hərəkət etməyə çağırıram” - deyə Daşnaksütyun funksioneri özünün Feysbuk səhifəsində canlı yayım zamanı bildirib.

Müxalifətçi asayişi təmin edənləri Nikol Paşinyanın qanunsuz əməllərini yerinə yetirməməyə və Ermənistan vətəndaşlarına qarşı güc tətbiq etməməyə çağırıb.

Qeyd edək ki, müxalifət dekabrın 5-də keçirdiyi aksiya zamanı Nikol Paşinyana dekabrın 8-i, saat 12:00-a qədər istefa vermək üçün zaman verdiyini elan etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər