Ermənistan Prezidenti Armen Sərkisyan ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin ofisi xəbər yayıb.
Məlumatda qeyd edilir ki, ölkənin keçmiş və indiki prezidentləri Ermənistanın düşdüyü ağır və çətin durum ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, bundan əvvəl Armen Sərksiyan sabiq prezident Serj Sərkisyanla da görüşmüşdü.