2996 hərbçinin cəsədi üzərində məhkəmə tibbi ekspertizası aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.
“Ölən 2996 hərbçinin cəsədi üzərində məhkəmə tibbi ekspertizası keçirilib. Müharibənin başlanğıcından bu günə qədər cəsədlərdən 993, ölənlərin qohumlarından isə 1816 DNT nümunəsi götürülüb. Hazırda DNT əsasında cəsədlərin kimliklərinin müəyyənləşdirilməsi davam edir”,- Ermənistan Səhiyyə Nazirliyi bildirib.
Məmata görə, Qarabağdakı separatçılar elan ediblər ki, 44 günlük müharibə zamanı 1777 itki veriblər.
Beləliklə, Ermənistan rəsmi şəkildə indiyə qədər 4773 itki verdiyini etiraf edib. Amma reallıqda bu rəqəm azı iki dəfə artıqdır.