“Nikol Paşinyan iki ildən çoxdur ki, polislərə güvənərək müxalifət nümayəndələrini hədələyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpina Ovannisyan deyib.
“İki il yarımdır ki, Ermənistanın hüquq-mühafizə sistemi Nikol Paşinyanın əmrlərini yerinə yetirir. Paşinyan bunun sayəsində müxalifəti “divara hörmək”, “üstünə asfalt tökmək”lə hədələyirdi. Artıq bir türk (azərbaycanlılar) Nikol Paşinyanın üstünə “asfalt” döşədi. O, hələ də ümid edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun təlimatlarını yerinə yetirəcək, Ermənistan vətəndaşlarına qarşı mübarizə aparacaq”, - sabiq nazir qeyd edib.
Arpina Ovannisyan polisləri Paşinyana qarşı mübarizə aparmağa çağırıb.
O, daha böyük fəlakətlərə yol açmamaq üçün Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu bildirib.