“Ümid edirəm ki, Baş nazir Nikol Paşinyan Ermənistanın gələcəyi üçün hakimiyyətdən getmək qərarı verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Karen Karapetyan deyib.
Karapetyan Ermənistanın dərin mənəvi, psixoloji, siyasi, iqtisadi və sosial böhranla üzləşdiyini bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətdə qaldıqca Azərbaycanın mövqeləri daha da güclənir:
“İnanıram ki, mövcud hakimiyyət ölkə üçün böhran yaratdığını nəzərə alaraq, geri addım atacaq. Bu böhranın davam etməsinin hər yeni günü yalnız bizə ziyan vurur. Bu taleyüklü məqamda hakimiyyət üçün milli maraqların dar siyasi maraqlarından daha yüksəkdə durduğunu göstərmək şansı yaranıb. Mövcud situasiya xalq üçün sakit şəraitdə yeni hökumət seçmək üçün vacib sınaqdır. Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi üçün getməyə qərar vermək üçün cəsarət tapacaq”.