Bu gündən etibarən Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı həlak olanlarla bağlı Ermənistanda üçgünlük ümummilli matəm başlayıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən əvvəlcədən bildirildiyi kimi bu gün İrəvandakı Respublika meydanından “Yerablur” memorial kompleksinə doğru matəm yürüşü olacaq. Yürüşə baş nazir Nikol Paşinyan rəhbərlik edəcək.
“Bu gün saat 13:00-da Respublika meydanında görüşürük və yaşamaq və dirçəlmək üçün “Yerablur”a gedirik”, – deyə Ermənistan Baş naziri bu səhər "Feysbuk"da yazıb.