Tuğ kəndində silahlı qarşıdurma olması ilə bağlı Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Teleqraf.com erməni saytlarına istinadən bildirir ki, Müdafiə Nazirliyi Tuğ kəndinin Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətində olduğunu qeyd edib:
"Tuğ kəndində Qarabağdakı saxta rejimin müdafiə qüvvələri ilə bağlı heç bir hadisə qeydə alınmayıb. Qarabağdakı silahlı erməni quldur dəstələri də atəşkəs rejiminə ciddi riayət edir, onlar həmin ərazidə heç bir əməliyyatda iştirak etməyiblər.
Sonda əlavə məlumat əldə etməyə çalışdıqlarını bildiriblər.