15 Yanvar 2021 08:45
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hələ Yeni ildən əvvəl günəbaxan yağı, un (hər ikisi 30-40%), həmçinin çörək və şəkərin qiyməti artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "İstehlakçıların Məsləhətləşmələri Mərkəzi" qeyri-hökumət təşkilatının sədri Karen Çilinqaryan bildirib.

Onun sözlərinə görə, bu, həmin məhsulların idxal olunduğu Rusiyada qiymətlərin artması ilə bağlıdır.

"Qiymət artımı həmçinin sitrus məhsullarında da qeydə alınıb. Qiymətlərin artmasının səbəblərindən biri də dramın devalvasiyasıdır. Unun qiymətinin artması fonunda iqtisadi subyektlər çörəyin qiymətinin eyni qalması üçün onun çəkisini azaltdılar", - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər