“Ermənistanın sərhəd bölgələrinin sakinlərinin silahlanmasına ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sergey Baqratyan söyləyib.
Baqratyan yaxın gələcəkdə sərhədyanı bölgələrin sakinlərinin silahlarla təmin edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini deyib.
Onun sözlərinə görə, sakinlərdən müvafiq hərbi təlimlərdən keçmələri tələb oluna bilər: “Sərhəd problemimiz var və sərhəddə yaşayan vətəndaşlar özlərini müdafiəsiz hiss edirlər”.